Nəhl - 16:112
Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.
Bu nankor camaat kimdir?
Səba/34:15
Səbalıların evləri, sağlı-sollu iki bağça ilə birlikdə möhtəşəm idi. Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl bir ölkə və Bağışlayan bir Rəbb...
Səba/34:16
Fəqət onlar üz çevirdilər. Biz də su bəndinin (su anbarının) selini onlara göndərərək qoşa bağçalarını, acı meyvələr, yulğun ağacı və bir az da sidr ağacı olan qoşa bağçalara çevirdik.
Səba/34:17
Nankorluqlarına görə onları belə cəzalandırdıq. Biz nankordan başqasını cəzalandırarıqmı?
Səba/34:18
Onlarla bərəkətli etdiyimiz bölgələr arasına vahələr yerləşdirdik və oranı yolçuluğa əlverişli etdik: "Gecələri və gündüzləri güvənlik içində orada gəzib dolaşın."
Səba/34:19
"Rəbbimiz, səfərlərimizin arasını uzaqlaşdır" deyərək özlərinə zülm etdilər. Axırda onları darmadağın edib tarixə gömdük. Hər səbrli və şükür edən adam üçün bunda dərslər vardır.