Nəhl - 16:122
Və ona bu dünyada xoşbəxtlik verdik, axirətdə isə müttəqilərlə birlikdə olacaqdır.
Allah iman edənlərə dünyada xoşbəxtlik verər:
Yunus/10:63
İman edənlər və müttəqi davrananlar.
Yunus/10:64
Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.
Hud/11:3
Rəbbinizin bağışlamasını diləyib, Ona tövbə etməlisiniz. O zaman, sizi bəlli bir vaxta qədər gözəlcə keçindirər və layiq olan hər kəsə də lütfündən verər. Dönərsəniz, sizin üçün böyük günün əzabından qorxuram.
Nəhl/16:30
Müttəqilərə: "Rəbbiniz nə nazil etmişdi?" deyilir. "Yaxşılıq," deyə qarşılıq verirlər. Bu dünyada gözəl davrananlar üçün gözəllik vardır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də yaxşıdır.
Nəhl/16:41
Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
Nəhl/16:97
Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.
Nəhl/16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121
Onun nemətlərinə şükür edən idi. Onu seçdi və onu doğru yola yönəltdi.
Nəhl/16:122
Və ona bu dünyada xoşbəxtlik verdik, axirətdə isə müttəqilərlə birlikdə olacaqdır.
Saffat/37:148
İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).
Zuxruf/43:33
Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
Əraf/7:96
Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.