Nəhl - 16:127 Səbr et, səbrin ancaq Allahın yardımıyladır. Onlar üçün üzülmə və onların hiylələrindən də narahat olma.
Allah Peyğəmbərimizi inkar edənlərdən qorumuşdur:
Maidə/5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.

Ənfal/8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.

Tovbə/9:40 Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.

Nəhl/16:127 Səbr et, səbrin ancaq Allahın yardımıyladır. Onlar üçün üzülmə və onların hiylələrindən də narahat olma.

Tur/52:48 Rəbbinin hökmü gerçəkləşincəyə qədər səbr et, sən gözlərimizin önündəsən və qalxdığın zaman Rəbbini tərifləyərək ucalt.