Nəhl - 16:20 Allahdan başqa çağırdıqları kəslər heç bir şey yarada bilməzlər, əksinə özləri yaradılmışlardır.
Allahdan başqa çağırdıqları bir şey yarada bilməz:
Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.

Həcc/22:73 Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...

Əhqaf/46:4 De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"

Nəhl/16:20 Allahdan başqa çağırdıqları kəslər heç bir şey yarada bilməzlər, əksinə özləri yaradılmışlardır.

Loğman/31:11 Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.

Furqan/25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.

Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?

Ənbiya/21:21 Onlar, yer üzündən (özlərinə) dirildə bilmə bacarığına sahib olan tanrılarmı qəbul etdilər?