Nəhl - 16:21
Ölüdürlər, diri deyillər. Nə zaman diriləcəklərini də bilməzlər.
Allahdan başqa çağırdıqları ölüdür:
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:117
"Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."
Yunus/10:28
Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.
Yunus/10:29
"Bizimlə sizin aranızda Allah şahiddir ki, biz sizin qulluq etmənizdən xəbərsiz idik."
Nəhl/16:86
Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.
Əhqaf/46:5
Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?
Əhqaf/46:6
İnsanlar toplandığı zaman onlara (ortaq qoşanlara) düşmən olacaqlar və onların (ortaq qoşanların) onlara qulluq/xidmət etmələrinə qarşı çıxacaqlar.
Ğafir/40:73
Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:74
"Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.