Nəhl - 16:30 Müttəqilərə: "Rəbbiniz nə nazil etmişdi?" deyilir. "Yaxşılıq," deyə qarşılıq verirlər. Bu dünyada gözəl davrananlar üçün gözəllik vardır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də yaxşıdır.
Gözəl davranış göstərənlərə axirətdəki gözəllik nədir?
Yunus/10:26 Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.

Zəriyət/51:15 Müttəqilər cənnətlərdədir, bulaq başlarındadır.
Zəriyət/51:16 Rəblərinin onlara verdiyini alırlar. Çünki onlar bundan öncə gözəl davranırdılar.

Əraf/7:56 Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. Ona qorxu və ümidlə yalvarın. Allahın rəhməti gözəl davrananlara yaxındır.

Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Nəcm/53:31 Göylərdə və yerdə nə varsa, Allahındır. Pislik işləyənləri etdiklərinə görə cəzalandıracaqdır və gözəl davrananları da mükafatlandıracaqdır.

Zumər/39:10 De ki, "Ey iman edən qullar, Rəbbinizə ehtiram edin. Bu dünya həyatında gözəl davrananlara gözəllik vardır. Allahın yeri genişdir. Gerçək uğrunda müqavimət göstərənlərin ücrəti hesabsız olaraq veriləcəkdir.

Əhzab/33:29 "Yox, siz Allahı, elçisini və axirət yurdunu istəyirsinizsə, Allah sizdən gözəl davrananlara böyük bir mükafat hazırlamışdır."