Nəhl - 16:36
Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
Elçiləri və mesajı yalanlayan cəmiyyətlərin yer üzündə sonu necə olmuşdur?
Ənkəbut/29:40
Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.
Şuəra/26:139
Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:189
Onu yalanladılar və nəticə olaraq Sayvan Gününün (Kölgəli Gününün) cəzası onları yaxaladı; Müdhiş bir günün cəzası idi.
Ənkəbut/29:37
Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Yusuf/12:110
Nə zaman ki, elçiləri ümidlərini kəsdilər və özlərinin yalançı çıxarıldığını sandılar, bax o zaman onlara zəfərimiz gəldi. Həqiqətən, istədiyimiz qurtulur. Əzabımız günahkar topluluğundan geri çevrilə bilməz.
Ənfal/8:54
Örnək olaraq, Fironun tərəfdarları və onlardan öncəkilər kimi. Rəblərinin ayələrini yalanladılar. Biz də günahlarına görə onları məhv etdik. Fironun tərəfdarlarını suda boğduq. Hamısı da zalım idilər.
Ali İmran/3:11
Fironun xalqı və ya onlardan öncəkilərin vəziyyəti kimi... Ayələrimizi (vəhy və möcüzələrimizi) yalan hesab etdilər və Allah da onları suç üstündə yaxaladı. Allahın cəzalandırması şiddətlidir.
Əraf/7:64
Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.
Nəhl/16:113
Onlara özlərindən bir elçi gəldi, onu yalanladılar. Sonunda, zülm etdikləri vaxt onları əzab yaxaladı.
Ta ha/20:128
Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.
Həcc/22:42
Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
Həcc/22:43
İbrahimin xalqı, Lutun xalqı da...
Həcc/22:44
Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...
Həcc/22:45
Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...
Ənkəbut/29:39
Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
Rum/30:42
De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, öncəkilərin sonunun necə olduğuna." Çoxları ortaq qoşanlar idi.
Səcdə/32:26
Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?
Fatir/35:44
Onlardan öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib-dolaşmadılarmı? Onlar onlardan daha güclü idilər. Göylərdə və yerdə heç bir şey Allahı aciz qoya bilməz. O, Biləndir, Güclüdür.
Ğafir/40:21
Özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmırlarmı? Onlardan daha çox gücə sahib idilər, yer üzündə daha çox məhsuldar idilər. Ancaq Allah onları günahları ilə yaxaladı. Allaha qarşı onları qoruya bilən yoxdur.
Ğafir/40:82
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Onlardan say baxımından daha çox, daha güclü olub yer üzündə daha çox məhsuldar idilər. Ancaq, qazandıqları şeylər onları qurtara bilmədi.
Ğafir/40:83
Elçiləri açıq-aşkar dəlillərlə onlara yetişdiklərində, yanlarındakı bilgi ilə qürurlandılar. İstehza etdikləri şey özlərini sarıb bürüdü.
Ğafir/40:84
Nəhayət cəzamızı gördüklərində, "Artıq SADƏCƏ Allaha iman etdik və ortaq qoşduqlarımızı inkar etdik," deyərlər -
Muhəmməd/47:10
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Allah onları məhv edib ortadan qaldırmışdır və bu inkar edənləri də eyni aqibət gözləməkdədir.
Qaf/50:36
Onlardan öncə, onlardan daha güclü neçə-neçə nəsilləri məhv etmişdik. Ölkə-ölkə gəzib-dolaşmışdılar; qurtuluşu varmı?