Nəhl - 16:4 İnsanı kiçik bir damcıdan yaratdı, fəqət buna rəğmən o, açıq-aşkar bir düşmən kəsildi.
Kiçik bir damladan yaradılan insanın Rəbbinə düşmənçiliyi?
Ya sin/36:77 İnsan, onu bir damcıdan (nütfədən) yaratdığımızı görmürmü ki, Bizə qarşı açıq-aşkar bir düşmən kəsilir?
Ya sin/36:78 Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
Ya sin/36:79 De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."

Kəhf/18:36 "Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də orada daha yaxşısını əldə edərəm."
Kəhf/18:37 Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"