Nəhl - 16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
Zülmə müqavimət göstərənlərə qarşı Allahın vədi:
Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Bəqərə/2:218 İman edənlər, Allah yolunda hicrət edənlər və səy göstərənlər, Allahın rəhmətini ümid edər. Allah Bağışlayandır, Rəhmlidir.

Nisa/4:100 Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:186 Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.

Ənkəbut/29:56 Ey iman edən qullarım, torpağım genişdir, sadəcə Mənə qulluq edin.