Nəhl - 16:55
Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!
Məqsəd nədir?
Nəhl/16:77
Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.
Yunus/10:45
Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.
Əhqaf/46:35
Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?
Ta ha/20:103
Aralarında gizli-gizli danışırlar, "Siz (dünyada) sadəcə on qaldınız."
Ta ha/20:104
Onların nə danışdığını yaxşı bilirik. Ən doğru fikir irəli sürənləri, "Siz sadəcə bir gün qaldınız," deyirdi.
Muminun/23:112
Dedi ki, "Yer üzündə neçə il qaldınız?"
Muminun/23:114
Dedi ki, "Siz gerçəkdən çox qısa bir müddət qaldınız, kaş ki, bilsəydiniz."
Rum/30:55
Saat (dünyanın sonu) gerçəkləşdiyi zaman, günahkarlar, (dünyada) ancaq bir saat qaldıqlarına and içərlər. Onlar bax belə yanılırdılar.
Naziat/79:46
Onu gördükləri gün, sankı (dünyada) bir axşam və ya quşluq vaxtı qədər qalmışdırlar.