Nəhl - 16:71
Allah ruzi (mal, imkan) baxımından sizi bir-birinizdən üstün etmişdir. Halbuki üstünlük verilənlər, əmrləri altındakılarla imkanlarını eyni bölüşməzlər. Allahın nemətinimi rədd edirlər?
"Varlarını (ruzilərini) eyni paylaşmazlar."-dan məqsəd varlarını bölüşdürmək deyil, öz yediyin, geydiyin keyfiyyətdə yardım etməkdir:
Rum/30:28
Bax sizə öz içinizdən bir örnək verir: Əmriniz altındakı kimsələri, sizə verdiyimiz ruzilərdə sizə tay ortaqlar olaraq qəbul edərsinizmi? Bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkinərsinizmi? Ağlını işlədən bir camaat üçün ayələri bu cür detallı açıqlayırıq.
Bəqərə/2:267
Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
Ali İmran/3:92
Sevdiyiniz şeylərdən iqtisadi yardım olaraq vermədikcə müttəqi bir şəxs ola bilməzsiniz. Hər nəyi verərsəniz Allah mütləq onu bilir.
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
Maidə/5:89
Allah qəsdiniz olmadan içdiyiniz andlardan sizi məsuliyyətli tutmaz. Ancaq bilə-bilə içdiyiniz andlardan sizi məsuliyyətli tutar. Andınızı pozsanız cəzası, ailənizə ümumi olaraq yedirtdiyiniz yeməklərdən on yoxsulu doyurmaq və ya geyindirmək və ya bir köləni azad etməkdir. Kim tapa bilməzsə üç gün oruc tutmalıdır. Bu, bilə-bilə içdiyiniz andlarınızın cəzasıdır. Andlarınızı qoruyun. Allah gözəl qarşılıq verəsiniz deyə ayələrini bu cür açıqlayır.