Nəhl - 16:71 Allah ruzi (mal, imkan) baxımından sizi bir-birinizdən üstün etmişdir. Halbuki üstünlük verilənlər, əmrləri altındakılarla imkanlarını eyni bölüşməzlər. Allahın nemətinimi rədd edirlər?
Nə üçün insanları bir-birindən üstün edər?
Ənam/6:165 O ki sizi yer üzünün mirasçıları etdi, və sizə verdikləriylə sizi sınamaq üçün kiminizi kiminizə dərəcələrlə üstün etdi. Rəbbin tez nəticələndirəndir. Bağışlayandır, Rəhmlidir.

Nəhl/16:76 Allah bu iki nəfəri də örnək verir: Biri bir şey edə biləcək bacarığa sahib olmayıb tamamilə ağasından/sahibindən asılıdır, onu nə işə qoysa bir şey bacara bilməz. Bax belə bir kəs ilə doğru yol üzərində olub ədaləti yerinə yetirən kəs heç eyni olarmı?

İsra/17:21 İnsanları bir-birindən necə üstün etdiyimizə diqqət et. Axirətin dərəcələri və üstünlükləri daha böyükdür.

Rum/30:28 Bax sizə öz içinizdən bir örnək verir: Əmriniz altındakı kimsələri, sizə verdiyimiz ruzilərdə sizə tay ortaqlar olaraq qəbul edərsinizmi? Bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkinərsinizmi? Ağlını işlədən bir camaat üçün ayələri bu cür detallı açıqlayırıq.

Zuxruf/43:32 Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.