Nəhl - 16:72
Və Allah öz cinsinizdən sizin üçün zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə gözəl ruzilər verdi. Belə olduğu halda onlar batilə iman edib Allahın nemətinə nankorluqmu edirlər?
Allaha nankorluq; Bildiyimiz hər şeyi əmrimizə verən Allah olduğu halda, Onunla yanaşı heç bir gücü və səlahiyyəti olmayan bir qrup tanrılar qəbul edib, onlara qulluq/xidmət etmək:
Bəqərə/2:22
O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
Ənam/6:14
De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
Furqan/25:45
Rəbbinin kölgəni necə uzatdığına diqqət etdinmi? Həqiqətən, istəsəydi onu hərəkətsiz də edərdi. Necə ki, Günəşi ona dəlil etdik (kölgənin varlığını işığa bağlı etdik).
Furqan/25:46
Sonra onu yavaş-yavaş çəkib alarıq.
Furqan/25:47
Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.
Furqan/25:48
Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.
Furqan/25:49
(Ona görə) ki, onunla ölü bir ölkəni dirildək və yaratdığımız neçə-neçə kənd təsərrüfatı heyvanlarını və insanları onunla sulayaq.
Furqan/25:50
Öyüd almaları üçün onu aralarında yayıb paylaşdıq. Halbuki insanların əksəriyyəti nankorluqda israr etməkdədir.
Nəhl/16:54
Halbuki, sizdən o sıxıntını qaldırdığı zaman, sizdən bir qrup Rəblərinə ortaq qoşmağa başlayır.
Nəhl/16:55
Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!
İsra/17:67
Okeanda sizə bir sıxıntı toxunarsa, Ondan başqa çağırdıqlarınız yox olar. Fəqət sizi qurtarıb quruya çıxarınca, dönərsiniz (üz döndərərsiniz). İnsan nankordur.
Ənkəbut/29:65
Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.
Ənkəbut/29:66
Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.
Rum/30:33
İnsanlara bir zərər toxunduğu gün tamamilə Rəblərinə yönələrək dua edərlər. Fəqət sonra, onlara bir rəhmət daddırınca, bəziləri Rəblərinə ortaq qoşar.
Rum/30:34
Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Ğafir/40:42
"Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:43
"Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."
Zuxruf/43:15
Qullarından bəzilərini Ona bir pay olaraq ayırdılar. İnsan gerçəkdən açıq-aşkar bir nankordur.
Zuxruf/43:16
Yaratdıqlarından qızları Özünə ayırdı sonra da oğulları sizəmi seçdi?
Əraf/7:189
O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Əraf/7:190
Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.
Əraf/7:65
Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Şuəra/26:131
"Allahı dinləyib mənə tabe olmalısınız."
Şuəra/26:132
"Bildiyiniz hər şeyi sizə verəni dinləyin."
Şuəra/26:133
"Sizə kənd təsərrüfatı heyvanları və övladlar verdi."
Şuəra/26:134
"Üstəlik bağçalar, çeşmələr..."