Nəhl - 16:77 Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.
Saat, (dünyanın sonu) göz qırpması qədər qısadır:
Qamər/54:50 Əmrimiz göz qırpması kimi anidir.


Nəhl/16:77 Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.

Əhzab/33:63 İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."

İsra/17:51 "Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."

Şura/42:17 O Allah ki, kitabı gerçək və ədalətlə nazil etmişdir. Nə bilirsən, bəlkə Saat (dünyanın sonu) yaxındır.

Nəbə/78:40 Biz, sizə yaxın bir əzab ilə xəbərdarlıq etmişik. O gün insan etdiklərinə baxar və inkar edən isə, "Kaş ki, torpaq olsaydım!" deyər.