Nəhl - 16:81
Və Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.
Dağları sizin üçün sığınacaq etdi:
Nəhl/16:15
Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Loğman/31:10
Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
Ənbiya/21:31
Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.
Hicr/15:82
Dağlardan güvənli evlər yonturdular.