Nəhl - 16:85 Zülm edənlər əzabı gördükləri zaman artıq onlar üçün yüngülləşdirilməz, təxirə salınmaz.
Əzabı gördüklərində:
Bəqərə/2:165 Allahdan başqasını tanrı qəbul edən və Allahı sevər kimi onları sevən kimsələr var. İman edənlər isə ən çox Allahı sevər. O zülm edənlər, əzabı gördükləri zaman bütün gücün Allaha aid və Allahın əzabının çətin olduğunu anlayacaqlarını bir bilsəydilər!
Bəqərə/2:166 O zaman, tabe olunanlar özlərinə tabe olanlardan uzaq duracaqdır. Artıq əzabı görmüşlər və aralarındakı bütün bağlar kəsilmişdir.

Yunus/10:54 Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.

Qasas/28:64 Onlara, "Haydı ortaqlarınızı (yardıma) çağırın!" deyilər. Bundan sonra onları çağırarlar, ancaq onlara qarşılıq verməzlər. Əzabı görərlər və doğru yolda olmadıqlarına yanarlar.

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Yunus/10:97 Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).

Nəhl/16:85 Zülm edənlər əzabı gördükləri zaman artıq onlar üçün yüngülləşdirilməz, təxirə salınmaz.

Furqan/25:42 "Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.

Şuəra/26:201 Ağrılı-acılı əzabı görüncəyə qədər, ona iman etməzlər.

Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.

Şura/42:44 Allah kimi azdırmışsa, artıq Ondan sonra onun bir qoruyucusu yoxdur. Əzabı gördüklərində, zalımların, "Bizim üçün əlavə bir şans yoxdurmu?" dediklərini görərsən.