İsra - 17:100
De ki: "Rəbbimin rəhmət xəzinələri sizin əlinizdə olsaydı, xərclənib tükənməsindən qorxaraq onları saxlayardınız. İnsan xəsisdir."
Rəbbimin xəzinələri sizin olsaydı, onları saxlayacaqdınız:
Sad/38:9
Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
Tur/52:37
Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Onlar kontrol etməkdədirlər?
Nisa/4:53
Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.
İsra/17:100
De ki: "Rəbbimin rəhmət xəzinələri sizin əlinizdə olsaydı, xərclənib tükənməsindən qorxaraq onları saxlayardınız. İnsan xəsisdir."