İsra - 17:103
(Firon) onları ölkədən çıxartmaq istəyincə də onu və bərabərindəkiləri toplu şəkildə suda boğduq.
Firon və adamları necə boğuldular?
Ta ha/20:77
Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.
Ta ha/20:78
Firon, ordusu ilə birlikdə arxalarına düşdü. Halbuki, dəniz üstlərinə qapanıb onları içinə aldı.
Şuəra/26:60
Onları şərqə tərəf təqib etdilər.
Şuəra/26:61
Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62
"Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63
Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:64
Sonra, digərlərini yaxınlaşdırdıq.
Şuəra/26:65
Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.
Şuəra/26:66
Sonra digərlərini boğduq.