İsra - 17:105
Gerçəkdən onu Biz nazil etdik və o gerçək ilə nazil oldu. Səni də ancaq bir müjdələyici və xəbərdarlıq edən olaraq göndərdik.
Kitabın nazil edilməsi, Allahdandır: Nə üçün?
Nisa/4:82
Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
İsra/17:88
De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."
Kəhf/18:1
Allaha tərif olsun, quluna kitabı nazil etmiş və onda heç bir əyriliyə yer verməmişdir.
Hud/11:13
"Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
Şuəra/26:210
Onu şeytanlar nazil etməmişdir.
Şuəra/26:211
Onlar bunu nə edərlər, nə də bacararlar.
Zumər/39:23
Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.
Muddəssir/74:30
Üzərində on doqquz vardır.