İsra - 17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.
Gecəni dincəlməyiniz üçün əlverişli, gündüzü də aydınlıq etdi:
Furqan/25:47 Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.

Nəbə/78:11 Gündüzü də dolanışığı təmin etmə vaxtı olaraq təyin etdik.

Ənam/6:96 Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.

Əraf/7:4 Məhv etdiyimiz neçə-neçə topluluqlar, yatdıqları vaxt, yaxud günorta vaxtı başları işlərinə qarışmışkən əzabımız onlara yetişdi.

Yunus/10:67 O ki, gecəni sizin dincəlməniz üçün əlverişli, gündüzü də aydınlıq etdi. Dinləyən bir topluluq üçün bunda dəlillər vardır.

İbrahim/14:33 Görəvlərini gecikdirməyən günəşi və ayı xidmətinizə sundu, gecəni və gündüzü də xidmətinizə sundu.

İsra/17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.

Qasas/28:71 De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72 De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"
Qasas/28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.

Rum/30:23 Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.

Ğafir/40:61 Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.

Fussilət/41:37 Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Ona qulluq edəcəksinizsə.