İsra - 17:15
Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
İnkar edənlər azdırdıqları şəxslərin günahlarının bir qismini yüklənirlər:
Nəhl/16:24
Onlara deyilmişdi: "Rəbbiniz nə nazil etmişdi?" Dedilər: "Əvvəlkilərin nağıllarımı."
Nəhl/16:25
Dirilmə günündə öz günahlarının hamısını, ayrıca azdırdıqları kimsələrin günah yüklərindən də bir payı yüklənərlər. Yükləri necə də pisdir.
Ənkəbut/29:11
Allah əlbəttə iman edənlərlə ikiüzlüləri aşkar edəcəkdir.
Ənkəbut/29:12
İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
Ənkəbut/29:13
Gerçəkdə, öz yüklərinə əlavə olaraq (məsuliyyətini daşıdıqları) başqa yükləri də yüklənəcəklər və uydurduqları şeylərdən dirilmə günü sorğu-sual olunacaqlar.