İsra - 17:15 Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
Allah, kimsənin günahını başqasına yükləməz:
Ənam/6:164 De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.


Ənam/6:69 Müttəqilər belələrinin hesabından məsuliyyət daşımırlar. Fəqət dinləyə bilərlər deyə xatırlatmaq yaxşı olar.