İsra - 17:15
Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
Kim doğruya gələrsə:
Muhəmməd/47:17
Doğru yolu tapanların isə hidayətini artırar və onların müttəqi olmalarını təmin edir.
Məryəm/19:76
Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Əraf/7:43
Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.