İsra - 17:17
Nuhdan sonra neçə-neçə cəmiyyətləri məhv etdik. Qullarının günahlarını xəbər alan və görən olaraq Rəbbin yetər.
Öncəki nəsillərin məhv edilmələri:
Ənkəbut/29:40
Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.