İsra - 17:18 Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.
Allah inkar edənlərə də ruzi verir, Rəbbimiz nemətlərini məhdudlaşdırmamışdır:
Ali İmran/3:180 Allahın lütfündən onlara bağışladığı nemətlərdə xəsislik edənlər onu özləri üçün xeyirli sanmasın. Əksinə, o onlar üçün zərərlidir. Toplayıb yığdıqları, Dirilmə Günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.

Tovbə/9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.

Yunus/10:88 Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."

Hud/11:15 Kim dünya həyatını və onun bərbəzəyini (komfortunu) axtararsa, etdiklərinin qarşılığını orada tam ödəyərik və onlar orada heç bir əskikliyə uğradılmazlar.

İsra/17:20 Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.

Ta ha/20:131 Onların bəzilərinə, sınamaq üçün verdiyimiz dünya həyatının süslərinə gözünü dikmə. Rəbbinin sənin üçün hazırladığı nemətlər daha yaxşıdır və sürəklidir.

Muminun/23:55 Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56 Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.

Qasas/28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78 Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.
Qasas/28:79 Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80 Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Qasas/28:81 Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
Qasas/28:82 Bir öncəki gün onun vəziyyətində olmaq istəyənlər, "Demək ki, Allah qullarından istədiyinə ruzini bol verər, istədiyinə də azaldar. Allah bizə lütf etməsəydi, bizi də batırardı. Demək kafirlər uğur qazana bilməzlər," deməyə başladılar.

Təkasur/102:8 Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.