İsra - 17:20
Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.
"Rəbbinin nemətləri məhdudlaşmamışdır" İman edən, iman etməyən hər kəsə verilir mənasındadır. Miqdar olaraq məhduddur.
Şura/42:27
Allah qullarına bolluca ruzi versəydi, yer üzündə azacaqdılar. Həqiqətən, istədiyi ölçüdə göndərir. O, qullarından Xəbərdardır, Görəndir.
Casiyə/45:13
Göylərdə və yerdə nə varsa hamısını öz qatından əmrinizə vermişdir. Düşünən bir topluluq üçün əlbəttə bunda ibrətlər vardır.
Hicr/15:21
Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.