İsra - 17:21 İnsanları bir-birindən necə üstün etdiyimizə diqqət et. Axirətin dərəcələri və üstünlükləri daha böyükdür.
Nə üçün insanları dərəcələrlə üstün edər?
Nəhl/16:71 Allah ruzi (mal, imkan) baxımından sizi bir-birinizdən üstün etmişdir. Halbuki üstünlük verilənlər, əmrləri altındakılarla imkanlarını eyni bölüşməzlər. Allahın nemətinimi rədd edirlər?

Zuxruf/43:32 Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.

Ənam/6:165 O ki sizi yer üzünün mirasçıları etdi, və sizə verdikləriylə sizi sınamaq üçün kiminizi kiminizə dərəcələrlə üstün etdi. Rəbbin tez nəticələndirəndir. Bağışlayandır, Rəhmlidir.