İsra - 17:28 Rəbbindən ümid etdiyin bir rəhməti əldə etmək üçün onlardan üz çevirmək məcburiyyətində qalarsansa onlara yumşaq söz söylə.
Gözəl və mülayim davranmaq, bütün elçilərin rəftarı idi:
Ali İmran/3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.

Nisa/4:148 Allah pis dil (söz) işlədilməsini sevməz. Zülmə uğrayanlar istisnadır. Allah Eşidəndir, Biləndir.

Nəhl/16:125 Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.

Ta ha/20:43 "İkiniz Fironun yanına gedin; Çünki o, azdı."
Ta ha/20:44 "Onunla yumşaq danışın. Ola bilər ki, öyüd alar, və ya ehtiram göstərər."

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.