İsra - 17:3
Onlar, Nuh ilə birlikdə daşıtdığımız kimsələrin soyudur; o şükür edən bir qul idi.
Nuh peyğəmbərin soyundan olanlar:
Məryəm/19:41
Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:51
Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:54
Kitabda İsmaili xatırla! O sözündə duran biri idi. Eyni zamanda peyğəmbər olan bir elçi idi.
Məryəm/19:56
Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi
Məryəm/19:58
Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86
İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87
Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ənam/6:88
Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Nisa/4:163
Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.