İsra - 17:54
Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.
Rəbbin kimi cəzalandıracağını və ya acıyacağını bilir:
Ənam/6:117
Əlbəttə, Rəbbin yolundan çıxanı yaxşı bilir. Doğru yolda olanları da O daha yaxşı bilir.
Yunus/10:40
Onlardan bəziləri buna iman edir, bəzisi də iman etməz. Rəbbin fəsad törədənləri daha yaxşı bilir.
Nəhl/16:125
Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.
İsra/17:54
Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.
İsra/17:84
De ki: "Hər kəs inancına görə davranır. Kimin daha doğru yolda olduğunu isə Rəbbim daha yaxşı bilir."
Ta ha/20:135
De ki: "Hər kəs gözləməkdədir. Siz də gözləyin. Düzgün yolun sahiblərinin kimlər olduğunu və kimlərin hidayət üzərində olduğunu irəlidə biləcəksiniz!"
Nəcm/53:30
Bax, onların yetişdikləri bigilərinin səviyyəsi budur. Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanı da yaxşı bilir.
Qasas/28:85
Quranı sənə nazil edib vacib buyuran, şübhəsiz səni qərarlaşdırılmış nöqtəyə döndərəcəkdir. De ki, "Kimin hidayətə gəldiyini və kimin açıq bir azğınlıq içində olduğunu Rəbbim yaxşı bilir."
Qaləm/68:7
Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanları da yaxşı bilir.