İsra - 17:59 Öncəkilərin onları yalanlamış olması, Bizi ayələr göndərməkdən saxlamadı. Örnək olaraq, Səmud (xalqına) dəvəni açıq şəkildə vermişdik. Fəqət ona haqsızlıq etdilər. Biz ayələri yalnızca xəbərdarlıq məqsədiylə göndəririk.
Səmud qövmünə verilən dəvə necə bir (möcüzə) ayədi?
Qamər/54:28 Onlara, suyun (dəvə ilə) aralarında bölüşdürüləcəyini bildir. Hər içim növbə ilə veriləcəkdir.
Qamər/54:27 Dəvəni bir sınaq olaraq göndərəcəyik. Onlara nəzər sal, səbrli ol.

Şuəra/26:155 (Saleh) dedi ki, "Bax bu dəvədir! Onun su içəcəyi müəyyən bir zamanı vardır. Sizin də su içəcəyiniz müəyyən bir gününüz vardır."

Şəms/91:13 Allahın elçisi, onlara, "Allahın dəvəsinə və onun suyuna toxunmayın," demişdi.