İsra - 17:70 Adəm oğullarına şərəf verdik. Onları quruda və dənizdə daşıdıq. Onları gözəl nemətlərlə bəslədik. Yaratdıqlarımızın bir çoxundan xeyli üstün etdik.
Adəm oğullarını yaratdıqlarımızın bir çoxundan daha üstün etdik:
İsra/17:61 Mələklərə, "Adəmə səcdə edin!" dediyimizdə, İblisdən başqa hamısı səcdə etdilər. "Palçıqdan yaratdığınamı səcdə edəcəyəmmiş?" dedi.
İsra/17:62 "Məndən üstün tutduğun bu şəxsi görürsənmi? Mənə Dirilmə gününə qədər möhlət versən, onun soyunu, çox azı istisna olmaqla sahiplənib pərişan edəcəyəm." dedi.