İsra - 17:71
Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.
"Hər xalqı öndərləriylə çağırdığımız gün" Əlaqəli
Nisa/4:41
Hər millətin üzərinə bir şahid gətirdiyimizdə, səni də bunların üzərinə şahid olaraq gətirsək halları necə olar?
Maidə/5:109
Allah elçiləri topladığı gün: "Sizə nə cavab verildi?" - deyər. "Bir biliyimiz yoxdur. Gizli şeyləri bilən Sənsən!" - deyərlər.
İsra/17:71
Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
Nəbə/78:18
Sura üfürüldüyü gün, hamınız dəstə-dəstə gələrsiniz.