İsra - 17:84 De ki: "Hər kəs inancına görə davranır. Kimin daha doğru yolda olduğunu isə Rəbbim daha yaxşı bilir."
"Doğru yolda olanları da o daha yaxşı bilir.": Əlaqəli
Ənam/6:117 Əlbəttə, Rəbbin yolundan çıxanı yaxşı bilir. Doğru yolda olanları da O daha yaxşı bilir.

Yunus/10:40 Onlardan bəziləri buna iman edir, bəzisi də iman etməz. Rəbbin fəsad törədənləri daha yaxşı bilir.

Nəhl/16:125 Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.

İsra/17:54 Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.
İsra/17:84 De ki: "Hər kəs inancına görə davranır. Kimin daha doğru yolda olduğunu isə Rəbbim daha yaxşı bilir."

Ta ha/20:135 De ki: "Hər kəs gözləməkdədir. Siz də gözləyin. Düzgün yolun sahiblərinin kimlər olduğunu və kimlərin hidayət üzərində olduğunu irəlidə biləcəksiniz!"

Nəcm/53:30 Bax, onların yetişdikləri bigilərinin səviyyəsi budur. Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanı da yaxşı bilir.

Qasas/28:85 Quranı sənə nazil edib vacib buyuran, şübhəsiz səni qərarlaşdırılmış nöqtəyə döndərəcəkdir. De ki, "Kimin hidayətə gəldiyini və kimin açıq bir azğınlıq içində olduğunu Rəbbim yaxşı bilir."

Qaləm/68:7 Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanları da yaxşı bilir.