İsra - 17:90
Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
Muhəmməddən kimlər, necə möcüzələr istədilər?
Bəqərə/2:108
Daha öncə Musadan tələb edildiyi kimi, siz də elçinizdən bir şeylərmi tələb etməyi arzulayırsınız? Kim imanı inkar ilə dəyişdirərsə o doğru yolu itirmişdir.
Nisa/4:153
Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.
Qasas/28:48
Öz tərəfimizdən onlara gerçək yetişdiyində, "Kaş ki, Musaya verilən (möcüzələrin) bir bənzəri bizə də gətirilsəydi!" dedilər. (Eyni başa sahib olanlar) daha öncə də Musaya verilənləri inkar etməmişdilərmi? "Bir-birini dəstəkləyən iki sehrdir (sehr kitabıdır). Biz ikisini də rədd edirik," dedilər.
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
İsra/17:90
Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
İsra/17:91
"Və ya xurma və üzüm bağçaların olmalı, aralarından da şırıl-şırıl çaylar axıtmalısan."
İsra/17:92
"Və ya iddia etdiyin kimi, göydən üzərimizə parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8
"Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
Ənam/6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Ənam/6:124
Onlara bir ayə gəldiyində: "Allahın elçilərinə verilənlərin bənzəri bizə verilmədikcə iman etməyəcəyik," deyərlər. Allah mesajını haraya qoyacağını daha yaxşı bilir. Etdikləri hiylələrdən ötrü günahkarlara, Allah qatından bir alçalma və çətin bir əzab toxunacaqdır.