İsra - 17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
Mən elçi olan bir insanam:
Ali İmran/3:144
Muhəmməd sadəcə bir elçidir və ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdir. Ölər yaxud öldürülərsə geriyəmi dönəcəksiniz? Səbatsızlar Allaha heç bir zərər verə bilməz. Allah şükür edənləri mükafatlandıracaqdır.
Furqan/25:20
Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.
Kəhf/18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
İbrahim/14:11
Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.