İsra - 17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
Əlaqəli:
Məryəm/19:38 Bizə gəldikləri gün onları dinlə və seyr et. Zalımlar, o gün açıq-aşkar bir azğınlıq içindədirlər.

İsra/17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
İsra/17:72 Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.

Ta ha/20:124 "Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
Ta ha/20:125 (O:) "Rəbbim, toplantı ərazisinə məni niyə kor olaraq sürüdün, halbuki mən görürdüm?" deyər.
Ta ha/20:126 (Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"
Ta ha/20:127 Həddi aşanları və Rəbbinin ayə və möcüzələrinə iman etməyənləri bax belə cəzalandırarıq. Axirətin cəzası əlbəttə daha çətin və daha sürəklidir.