Kəhf - 18:17
Dan ağardığında, onlar mağara boşluğunda ikən, mağaralarının üzərindən günəşin sağa doğru hərəkət etdiyini, batdığı zaman da onları sıyırıb sola doğru əyildiyini görərdin. Bu Allahın işarətlərindəndir. Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, onun üçün aydınladan (yol göstərən) bir dost tapa bilməzsən.
Doğru yol nə deməkdir?
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64
"Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."