Kəhf - 18:23 Heç bir şey üçün: "Bunu sabah edəcəyəm!" demə!
Heç bir şey üçün, "bunu sabah edəcəyəm", demə: Əlaqəli
Qaləm/68:17 Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:19 Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:22 "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23 Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:26 Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.
Qaləm/68:28 Ortancıları (müttəqiləri), "Mən sizə demədimmi? Rəbbinizi ucaltmanız lazım deyildimi?" dedi.
Qaləm/68:29 Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."
Qaləm/68:30 Və dərhal bir-birlərini günahlandırmağa başladılar.
Qaləm/68:31 Dedilər ki, "Təəssüflər olsun bizə. Azğınmışıq."
Qaləm/68:32 "Bəlkə Rəbbimiz bizə daha yaxşısını verər. Biz ümidlə Rəbbimizə yönəlirik."
Qaləm/68:33 Bax əzab belədir. Axirət əzabı isə daha böyükdür. Bir bilsəydilər.