Kəhf - 18:5
Onların bu mövzuda bir bilgiləri yoxdur, nə də atalarının. Ağızlarından necə də böyük bir söz çıxır! Yalandan başqa şey söyləmirlər.
Allaha övlad yaraşdırmanın təhlükəsi:
Məryəm/19:88
Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:89
Siz, arsızca bir tezis (iddia) irəli sürdünüz.
Məryəm/19:90
Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:91
Rəhmana övlad isnad etdilər deyə...
Məryəm/19:92
Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93
Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.
Ənam/6:101
Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.
İsra/17:40
Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.