Kəhf - 18:50
Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir. Zalımlar üçün bu necə də pis bir dəyişmədir!
Məqsəd: İnsanın sizdən üstün yaradılışını qəbul edin:
İsra/17:61
Mələklərə, "Adəmə səcdə edin!" dediyimizdə, İblisdən başqa hamısı səcdə etdilər. "Palçıqdan yaratdığınamı səcdə edəcəyəmmiş?" dedi.
İsra/17:62
"Məndən üstün tutduğun bu şəxsi görürsənmi? Mənə Dirilmə gününə qədər möhlət versən, onun soyunu, çox azı istisna olmaqla sahiplənib pərişan edəcəyəm." dedi.
Sad/38:75
"Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76
"Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Əraf/7:11
Sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə, "Adəmə səcdə edin!" – dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı.
Əraf/7:12
(Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.