Kəhf - 18:50
Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir. Zalımlar üçün bu necə də pis bir dəyişmədir!
Allahı buraxıb şeytanı dost seçən zalımlar üçün bu dəyişmənin pis nəticəsi:
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!
Ya sin/36:64
İnkar etməyinizin bir nəticəsi olaraq orada yanın.