Kəhf - 18:82
"Divar isə, şəhərdəki iki yetimə aid idi. Divarın altında onlara aid bir xəzinə vardı. Ataları da müttəqi birisi idi. Rəbbin istədi ki, onlar böyüyüb tam güclərinə qovuşduqdan sonra Rəbbindən bir rəhmət olaraq xəzinələrini ortaya çıxarsınlar. Bunları öz iradəmlə etmədim. Bax bunlar, dözə bilmədiyin şeylərin açıqlamasıdır."
İnsanın yaxşı sandığı bir şey pis, pis sandığı da yaxşı ola bilər:
Bəqərə/2:216
Sevmədiyiniz halda savaş sizə vacib edildi. Sevmədiyiniz bir şey sizin üçün yaxşı və sevdiyiniz bir şey də sizin üçün pis ola bilər. Siz bilməsəniz də Allah bilir.
Nisa/4:19
Ey iman edənlər! Qadınların mirasına onların istəklərinə zidd olaraq mirasçı olmanız sizin üçün qanuni deyil. Onlara öncədən vermiş olduğunuz malları onlardan geri almaq üçün onları sıxışdırmayın. Fahişəlik etmələri istisna. Onlarla yaxşı keçinin. Onlardan xoşlanmırsınızsa, ola bilər ki, xoşlanmadığınız bir şeyə Allah çox xeyir qoşmuşdur.
İsra/17:11
İnsan, yaxşı bir şey üçün dua etdiyini sanarkən, əslində pis bir şey üçün dua edər. İnsan çox tələsəndir.
Nur/24:11
O iftiranı, sizdən bir banda uydurdu. Onun sizin üçün pis olduğunu sanmayın; əksinə sizin üçün xeyirlidir (bir dərsdir). Bu arada, onlardan hər biri günahı paylaşmışdır. Başçılıq edənləri də böyük bir cəzaya layiqdir.