Məryəm - 19:21
(Mələk) dedi: "Elədir, Rəbbin, 'O iş Mənim üçün asandır. Onu insanlar üçün bir işarət və Bizdən bir rəhmət edəcəyik. Bu, artıq qərarlaşdırılmış bir işdir' deyir."
'Ol' deyər və o şey olma prosesinə girər:
Bəqərə/2:117
Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
Ənam/6:73
Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.
Nəhl/16:40
Bir şeyin olmasını istədiyimiz zaman ona sadəcə: "Ol!" deyirik və o da olur.
Məryəm/19:35
Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.
Ya sin/36:82
Bir şeyi istədiyi zaman, ona sadəcə "Ol!" deyər və o da dərhal olar.
Ğafir/40:68
Odur yaşadan və öldürən. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
Ali İmran/3:59
Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ənbiya/21:23
O (Allah), etdiyindən sorğu-sual olunmaz; fəqət onlar sorğu-sual olunar.
Buruc/85:16
İstədiyini edəndir.