Məryəm - 19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.
Allaha övlad yaraşdırmanın təhlükəsi:
Məryəm/19:88 Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:90 Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:92 Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93 Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.

Ənam/6:101 Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.

İsra/17:40 Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.