Məryəm - 19:39
Haqq-hesabın (sorğu-sualın) yekunlaşacağı Kədər Günü haqqında onları xəbərdar et. Onlar hələ də qəflətdədirlər, iman etmirlər.
Haqq-hesab günü inkar edənlərin peşmançılığı:
Bəqərə/2:167
Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa döndərər; atəşdən çıxa bilməzlər.
Ənam/6:27
Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
Əraf/7:53
Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.
Yunus/10:54
Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.
İbrahim/14:44
İnsanları, əzabın onlara gələcəyi gün barəsində xəbərdar et. Zalımlar, "Rəbbimiz, bizi yaxın bir vaxta qədər möhlət ver ki, sənin çağırışına qatılaq və elçilərə tabe olaq," deyəcəklər. Halbuki daha öncə siz, sonunuzun gəlməyəcəyinə dair and içməmişdinizmi?
Muminun/23:99
Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
Muminun/23:100
"(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.
Furqan/25:27
O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28
"Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29
"Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."
Şuəra/26:201
Ağrılı-acılı əzabı görüncəyə qədər, ona iman etməzlər.
Şuəra/26:202
Onlara qəflətən, gözləmədikləri bir anda gələcəkdir.
Şuəra/26:203
O zaman, "Bizə bir az möhlət verilməyəcəkmi?" deyərlər.
Qasas/28:64
Onlara, "Haydı ortaqlarınızı (yardıma) çağırın!" deyilər. Bundan sonra onları çağırarlar, ancaq onlara qarşılıq verməzlər. Əzabı görərlər və doğru yolda olmadıqlarına yanarlar.
Səcdə/32:12
Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."
Səcdə/32:29
De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Əhzab/33:66
Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.
Səba/34:33
Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?
Fatir/35:37
Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
Zumər/39:58
Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.
Ğafir/40:11
Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
Şura/42:44
Allah kimi azdırmışsa, artıq Ondan sonra onun bir qoruyucusu yoxdur. Əzabı gördüklərində, zalımların, "Bizim üçün əlavə bir şans yoxdurmu?" dediklərini görərsən.
Zuxruf/43:36
Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37
Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Zuxruf/43:38
Nəhayət, Bizə gəldiyində, "Kaş ki, mənimlə sənin aranda iki şərq arası qədər uzaqlıq olsaydı; sən necə də pis bir yoldaşsanmış!" deyər.
Zuxruf/43:39
Zalimlik etdiyiniz üçün, o gün (peşmançılığınız) sizə bir fayda verməz; siz cəzanı bölüşəcəksiniz.
Munafiqun/63:10
Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.
Fəcr/89:23
(Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
Fəcr/89:24
"Kaş ki, bu həyatım üçün öncədən bir şeylər etsəydim," deyər.