Məryəm - 19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
İman edənlər Rəbbindən ümid kəsməzlər.
Yusuf/12:87
"Oğullarım, gedin, Yusufu və qardaşını araşdırın. Allahın rəhmətindən ümid kəsməyin. İnkar edənlərdən başqası Allahın rəhmətindən ümid kəsməz."
Hicr/15:55
"Sənə gerçəyi müjdələdik, ümidini kəsmə," dedilər.
Hicr/15:56
"Azğınlardan başqa Rəbbinin rəhmətindən kim ümid kəsər?" dedi.
Əraf/7:56
Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. Ona qorxu və ümidlə yalvarın. Allahın rəhməti gözəl davrananlara yaxındır.
Hud/11:9
İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.
İsra/17:83
İnsana nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Ona pislik toxununca da ümidsizliyə düşər.
Məryəm/19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Ənbiya/21:90
Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.
Rum/30:36
İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.