Məryəm - 19:48 "Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
İman edənlər sadəcə Allaha qulluq/xidmət edər:
Beyyinə/98:4 Gerçək budur ki, özlərinə Kitab verilənlər, ancaq onlara açıq-aydın dəlil gəldikdən sonra ayrılığa (ixtilafa) düşdülər.
Beyyinə/98:5 Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.

Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."

Ğafir/40:84 Nəhayət cəzamızı gördüklərində, "Artıq SADƏCƏ Allaha iman etdik və ortaq qoşduqlarımızı inkar etdik," deyərlər -

Zumər/39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.

Nisa/4:146 Ancaq tövbə edən, vəziyyətini düzəldən, Allaha sarılan və dinlərini sadəcə Allaha aid edənlər başqa... Bunlar, iman edənlərlə birlikdədir. Allah iman edənlərə daha sonra böyük bir mükafat verəcək.

Əraf/7:29 De ki: "Rəbbim ədaləti  əmr edər. Hər məsciddə (ibadət yerində) dini sadəcə Ona aid edərək Ona yalvarın. Sizi ilk yaratdığı kimi Ona dönəcəksiniz."

Ənfal/8:39 Təzyiq və zülmü ortadan qaldırıncaya və dini sadəcə Allaha aid edincəyədək onlarla savaşın! Düşmənçiliyə son qoyarlarsa, əlbəttə Allah etdiklərinizi Görür.

Yunus/10:22 Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
Yunus/10:23 Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.

Ənkəbut/29:65 Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.

Loğman/31:32 Onları böyük dalğalar bürüdüyündə, dini sadəcə Allaha xas edərək Ona yalvarmağa başlayarlar. Onları quruya çıxardıb qurtardığımız zaman bir qismi orta bir yol tutar. Xain nankorlardan başqası ayələrimizi rədd etməz.

Zumər/39:11 De ki, "Dini yalnız Allaha xas edərək, Ona qulluq/xidmət etməklə əmr edildim."
Zumər/39:12 "Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."
Zumər/39:13 De ki, "Rəbbimə qarşı gələrsəm, Böyük Günün əzabından qorxaram."
Zumər/39:14 De ki, "Dinimi yalnız Allaha xas edərək Ona qulluq/xidmət edirəm."

Ğafir/40:14 İnkar edənlər xoşlanmasa da dini sadəcə Allaha aid edərək Ona qulluq edin.
Ğafir/40:65 O, Diridir; Ondan başqa tanrı yoxdur. Dini sadəcə Ona aid edərək, Onu çağırın. Tərif aləmlərin Rəbbi Allahadır.