Məryəm - 19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
İbrahimə İshaq və Yəqub nə üçün verildi?
Ənbiya/21:69 "Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70 Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71 Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.

Saffat/37:112 Ona (İbrahimə) İshaqı müjdələdik, müttəqilərdən bir peyğəmbər olaraq.