Məryəm - 19:64 Biz ancaq Rəbbinin əmri ilə nazil olarıq. Keçmişimiz, gələcəyimiz və ikisi arasında nə varsa Ona aiddir. Rəbbin unutqan deyildir.
Rəbbimiz mələkləri günahkarlar üçün endirir:
Ənam/6:9 Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.

Hicr/15:7 "Doğru sözlüsənsə bizə mələkləri gətirsənə."
Hicr/15:8 Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
Hicr/15:58 "Biz, günahkar bir camaata göndərildik;"
Hicr/15:59 "Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."

Furqan/25:21 Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.
Furqan/25:22 Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.

Zəriyət/51:31 (İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.
Zəriyət/51:32 Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."
Zəriyət/51:33 "Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."